Sərsəng su anbarına dair layihəyə start verilib. Layihənin rəhbəri Elşad Məmmədli Musavat.com-a açıqlamasında dedi ki, Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığının bərpa edilməsi, anbarın nəzərdə tutulan təyinat, istiqamət üzrə və Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən idarə olunması olduqca vacib, dövlət və cəmiyyət üçün mühüm məsələdir:
 
“Çünki burada söhbət həm ekoloji fəlakətin qarşısının mümkün qədər tez və geniş miqyasda alınmasından, həm azı 50-60 min hektar ərazinin su ilə təminatından, eyni zamanda dövlətin mənafelərindən, hüquqlarından gedir. Sərsəng su anbarı ciddi strateji əhəmiyyət daşıyır və onun baxımsızlıqdan qəzalı vəziyyətdə qalması ətraf bölgələrdəki 300 mindən çox insanın həyatı üçün təhlükə yarada bilər. İşğaldan sonrakı - postmüharibə dövründə Sərsənglə bağlı beynəlxalq sənədlərin və eyni zamanda Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatına əsaslanaraq təcili tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Bu yöndə böyük bir təbliğat-təşviqat, məlumatlandırma kampaniyasına ehtiyac duyulur, inanırıq ki, bu işin öhdəsindən gələcəyik”.

Baxış sayı: 3314 | Tarix: 10.02.2022
Bizi Telegramda izləyin: @repostaz