Xəbər verdiyimiz kimi Rövşən Çingiz oğlu Nəcəf Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Həmçinin o, yeni təyinata qədər SOCAR-ın prezidneti vəzifəsini icra edəcək.
 
RePost.Az Rövçən Nəcəfin dosyesini təqdim edir: 
 
Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.
 
2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
 
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
 
Evlidir, 2 övladı var.
 
İş təcrübəsi:
 
2001-ci il – Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb.
2003–2007-ci illər – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
2010–2018-ci illər – "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
2018-ci il 11 may– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
2019-cu il 28 avqust– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
2020-ci il 11 fevral– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
2021-ci il 24 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
2022-ci il 10 fevral tarixind Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.

Baxış sayı: 4093 | Tarix: 10.02.2022
Bizi Telegramda izləyin: @repostaz