Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
 
Telefon danışığı zamanı tərəflər Türkiyə-Azərbaycan əməkdaşlığını və Ermənistanla əlaqələri müzakirə ediblər.
 
Türkiyə və Azərbaycan liderləri Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.

Baxış sayı: 3352 | Tarix: 23.02.2022
Bizi Telegramda izləyin: @repostaz