Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.
 
"APA-Economics"in məlumatına görə, 28 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 133 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5%-dən çoxdur.
 
Qeyd edək ki, gün ərzində Avropada qazın qiyməti 1 470 dollara kimi yüksəlib.
 
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

Baxış sayı: 3903 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz