"Şimal axını 2" qaz kəmərinin operatoru İsveçrənin "Nord Stream 2 AG" şirkəti onun iflası ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.
 
"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin bəyanatında deyilir.
 
"Biz "Nord Stream 2 AG"nin iflas proseduruna başlaması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiq etmirik", - bəyanatda bildirilir.
 
Dəqiqləşdirilir ki, şirkət hazırda yalnız yerli hakimiyyət orqanlarına Rusiya ilə Ukrayna arasındakı münaqişə fonunda ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara görə işçilərlə müqavilələri ləğv etməli olacağı barədə məlumat verib.
 
Qeyd edək ki, "Şimal axını 2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya qədər uzanır və ildə ümumi gücü 55 mlrd. kubmetr qaz olan iki xətdən ibarətdir.

Baxış sayı: 4986 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz