"SWIFT" şirkəti təsdiq edib ki, Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını martın 12-də beynəlxalq ödəniş sistemindən ayıracaq.
 
RePost.Az xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında dərc edilib.
 
"Biz məhdudiyyətlərin tətbiq olduğu yeddi Rusiya hüquqi şəxsini (və onların Rusiyadakı qeyd olunan törəmə müəssisələrini) "SWIFT" sistemindən ayıracağıq. Bizdən qeyd olunan müəssisələrin 12 mart 2022-ci ildə sistemdən ayırmaq tələb olunur", - deyə şirkət qeyd edib.

Baxış sayı: 3352 | Tarix: 03.03.2022
Bizi Telegramda izləyin: @repostaz