Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
 
Bu barədə RePost.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
 
Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xət"lərlə əlaqə saxlamaq olar:
 
+380 73 5050000
+380 99 408 99 43

Baxış sayı: 3143 | Tarix: 08.03.2022
Bizi Telegramda izləyin: @repostaz