Hazırda Ukraynada Rusiya ordusunun 250-300 hərbçisi əsirlikdədir. Bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
 
- Martın 9-da Kiyevdə əsir düşmüş rus hərbçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Çağırışçılar, o cümlədən, əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda "sülhməramlı" vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışdılar. Onlar şəhərləri mühasirəyə alanda orduya qalib gələ bilmədiklərinə görə indi Mariupolda olduğu kimi, acıqlarını əhalidən çıxdıqlarını dedilər, - Oleksiy Arestoviç əlavə edib.
 
Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi bütün istiqamətlərdə belə hərbçilər var.

Baxış sayı: 3409 | Tarix: 10.03.2022
Bizi Telegramda izləyin: @repostaz