“Burada ərzaq təhlükəsizliyi ilə əlaqədar fikirlər səsləndirildi. Bu, yeni məsələ deyil. Bizim idxal olunan əsas taxıl mənbəyimiz Rusiyadır. İdxal olunan buğdanın 1 tonunun baza qiyməti 225-240 dollardan 340 dollara qalxmışdı. Eyni zamanda Rusiya hökumətinin ixrac rüsumları da 28 dollardan 34 dollara artırılmışdı. 2021-ci ildə bu fərqi bağlamaqdan ötrü idxalçılara 75 milyon manata qədər subsidiyalar verilib”.
 
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
 
Baş nazir qeyd edib ki, 50 kq-lıq un kisəsinin qiyməti 26 manatdan 36 manata qalxıb, lakin subsidiyalara baxmayaraq bu, son deyildi: “Bu, müharibəyə qədər olan rəqəmlərdir. Son günlər gedən proseslər və əsas ixracatçı ölkə olan Rusiyada tətbiq olunan qadağalar da aktualdır. Rusiya hökumətinin başçısı ixraca hələ ki, icazə verir. Bizim kifayət qədər taxıl ehtiyatımız var”.

Baxış sayı: 3960 | Tarix: 15.03.2022
Bizi Telegramda izləyin: @repostaz