Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
 
Xidmətdən RePost.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
 
Martın 26-dək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Baxış sayı: 5537 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz