Ötən gün ABŞ-ın Los-Anceles şəhərində 94-cü Oskar mükafatlandırma mərasimi keçirilib və ümumilikdə 23 nominasiya üzrə qalib müəyyənləşib.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, rejissor Şan Heyderin "CODA" filmi "Ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.
 
Yaponiyanın ən yaxşı xarici dildə film nominasiyasının qalibi - “Driwe my car”
 
İlin ən yaxşı filmi - "CODA"
 
Ən yaxşı ssenari nominasiyasının qalibi - “Belfast” filmi
 
Ən yaxşı kostyum dizaynı Jenny Beavan - "Cruella"
 
Ən yaxşı qısametrajlı film - "The long goodbye"
 
Ən yaxşı makiyaj və saç düzümü - "The eyes of Tammy Faye"
 
Ən yaxşı qısametrajlı cizgi filmi - "The windshield wiper"
 
Ən yaxşı cizgi filmi - "Encanto"
 
Ən yaxşı qısametrajlı sənədli film - "The Queen of basketball"
 
Ən yaxşı sənədli film - "Summer of soul"
 
Ən yaxşı istehsal dizaynı - "Dune"
 
Ən yaxşı operator işi - Greig Fraiser - "Dune"
 
Ən yaxşı vizual effekt - "Dune"
 
Ən yaxşı montaj - "Dune"
 
Ən yaxşı səs effekti - "Dune"
 
Ən yaxşı orijinal musiqi - Hans Zimmer - "Dune"
 
Ən yaxşı uyğunlaşdırılmış ssenari - "CODA" - Sian Heder
 
Ən yaxşı orijinal ssenari - "Belfast" - Kenneth Branagh
 
Ən yaxşı köməkçi aktrisa - Ariana Debose - "West side story"
 
Ən yaxşı köməkçi aktyor - Troy Cotsur - "CODA"
 
Ən yaxşı rejissor Jane Campion - "The power of the dog"
 
Ən yaxşı orijinal mahnı - Billie Eilish və Finneas O'connell - "No time to die"
 
Ən yaxşı aktyor - Will Smith - "King Richard"
 
Ən yaxşı aktrisa - Jessica Chastain - "The eyes of tammy faye"
 
Qeyd edək ki, mərasimdə rejissor Denis Villenövün "Dune" filmi namizəd olduğu 10 nominasiyadan 6-nı qazanıb.

Baxış sayı: 3542 | Tarix: 28.03.2022
Bizi Telegramda izləyin: @repostaz