Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
 

Baxış sayı: 5613 | Tarix: 01.04.2022
Bizi Telegramda izləyin: @repostaz