Moskvanın Vnukovo aeroportu işçi qəbulunu dayandırıb və əməkdaşlarının bir qismini məcburi boşdayanmaya göndərib.
 
APA-nın xəbərinə görə, bu barədə İzvestiya qəzeti məlumat yayıb.
 
Bildirilir ki, aeroport əməkdaşlarının bir hissəsi yarımçıq iş rejimində - həftədə 5 deyil, 4 gün işləyir. Əməkdaşların 30%-nə ixtisar ediləcəkləri barədə bildiriş verilib. Lakin hələlik heç kim işdən çıxarılmayıb.
 
Qərbin sanksiyalarına görə aeroportda sərnişin dövriyyəsi kəskin azalıb. Ötən ay aeroport cəmi 990 min sərnişinə xidmət edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% azdır.

Baxış sayı: 46 | Tarix: 25.04.2022
Bizi Telegramda izləyin: @repostaz