Azərbaycanda 5 uşağı olanlara pensiya güzəşti edilə bilər.

RePost.Az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deyib.

“Bir müddət sonra 5 və daha çox uşağı olanlara güzəştli pensiya təminatının olmasına baxa bilərik”, - o, bildirib.


Baxış sayı: 1965 | Tarix: 05.05.2022
Bizi Telegramda izləyin: @repostaz