“Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.
	 
	Bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.
	 
	“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.
	 
	D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq:
	 
	“Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”.