“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.
 
RePost.Az-ın "Unikal"a istinadən verdiyi məlumata görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi  İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.
 
Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 
 
Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər.  “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib. 

Baxış sayı: 3998 | Tarix: 16.05.2022
Bizi Telegramda izləyin: @repostaz