“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.
 
Bu barədə "APA-Economics"ə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.
 
O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.
 
Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar.

Baxış sayı: 3656 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz