Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.
 
RePost.Az Report-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
 
Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:
 
"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".
 
Tələbə xəstəxanaya yerləşdirilib.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.

Baxış sayı: 3808 | Tarix: 01.06.2022
Bizi Telegramda izləyin: @repostaz