Rusiya Ukrayna taxılını daşıyan yük gəmilərini limanlardan buraxmağa hazırdır.
 
Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
 
Nebenza gəmiləri buraxmaq üçün şərtləri açıqlayıb.
 
“Ukraynalılara gəlincə, qoy əvvəlcə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər. O minalar bizim deyil, onlarındır”, - deyə Nebenzya bildirib.
 
Jurnalistlərin BMT, Ukrayna, Türkiyə və Rusiya nümayəndələrinin taxıl ixracı ilə bağlı mümkün görüşü barədə sualına Nebenzya cavab verib ki, bu məlumatın nə dərəcədə doğru olduğunu bilmir.
 
O əlavə edib ki, indi bu mövzu ilə bağlı çoxlu spekulyasiyalar var.
 
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar səbəbindən Ukraynanın dəniz limanlarında təxminən 25 milyon ton taxıl ixrac üçün qalıb.
 
Xatırladaq ki, mayın sonunda BMT-nin baş katibi Antonio Quterreş dünyada 10 həftəlik buğda ehtiyatının qaldığını bildirmişdi. Müddəti bitdikdən sonra planetdə təxminən 400 milyon insan aclıqla üzləşəcək.

Baxış sayı: 3485 | Tarix: 03.06.2022
Bizi Telegramda izləyin: @repostaz