Ötən gün Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vasif Bəşirlinin rüşvət yığdığına dair səs yazısı yayılıb.
 
RePost.Az xəbər verir ki, bölmə rəisi əlbir olduğu şəxsdən 400-500 manat məbləğində rüşvət tələb edir. 
 
Məsələ ilə bağlı Unikal-a açıqlama verən Vasif Bəşirli yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
 
"Bunlar hamısı yalan söhbətlərdir. Ümumiyyətlə, bu, qurama bir işdir. Belə bir şey yoxdur", - deyə o əlavə edib.
 
DİN hələlik məsələ ilə bağlı rəsmi mövqeyini açıqlamayıb.

Baxış sayı: 4321 | Tarix: 10.06.2022
Bizi Telegramda izləyin: @repostaz