Bu gün Azərbaycan universitetləri ümumi olaraq üç mindən bir qədər çox hazır kadr formalaşdırır.
 
"APA-Economics" xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
 
Onun sözlərinə görə, bu kifayət qədər az rəqəmdir. "Xüsusilə də bizim bankların, İT şirkətlərin, nə qədər də desək ki, inkişafları yoxdur, inkişafları var. Lakin inkişaf fonunda kadr potensialı kifayət qədər azdır",- deyə nazir qeyd edib.
 
O həmçinin əlavə edib ki, hazırda nazirlik tərəfindən universitetlərdə tədqiqat laboratoriyalarının açılmasını təşviq edilir və onlar artıq buna gedirlər.
 
"Artıq "Huawei" şirkəti tərəfindən yeni tədris ilində belə bir laboratoriya açılacaq"-, deyə nazir bildirib.

Baxış sayı: 1471 | Tarix: 14.06.2022
Bizi Telegramda izləyin: @repostaz