“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
 
“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.
 
Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin “Apollon” (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun “Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
 
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
 
“Srvena Zvezda” (Serbiya)
 
“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
 
HİK (Finlandiya) - “Viktoriya” (Plzen, Çexiya)
 
“Qarabağ” (Azərbaycan) - “Sürix” (İsveçrə)
 
“Jalgiris” (Litva) - “Malmö” (İsveç)
 
Səpələnməmişlər
 
“Lüdoqorets” (Bolqarıstan) - “Şemrok Rovers” (İrlandiya)
 
“Maribor” (Sloveniya) - “Şerif” (Moldova)
 
“Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç)
 
“Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya)
 
“Apollon” (Limassol, Kipr)
 
“Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq)
 
Liqa Yolu
Səpələnmişlər
 
“Benfika” (Portuqaliya)
 
“Reyncers” (Şotlandiya)
 
“Dynamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə) cütünün qalibi
 
PSV (Niderland)
 
Səpələnməmişlər
 
“Monako”
 
“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
 
“Şturm” (Qrats, Avstriya)
 
“Yunion” (Belçika)
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

Baxış sayı: 3143 | Tarix: 14.07.2022
Bizi Telegramda izləyin: @repostaz