Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.
 
RePost.Az minval-a istinadən verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.
 
Avtombillərə baxış zamanı birinin yük hissəsində 5 ədəd avtomat aşkar edilib.
 
Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Baxış sayı: 3466 | Tarix: 20.07.2022
Bizi Telegramda izləyin: @repostaz