“Qarabağ” növbəti avrokubok oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
 
“Sürix”lə İsveçrədəki görüş Qurban Qurbanovun yetirmələri üçün uğursuz başlayıb. Azərbaycan çempionunun kapitanı Maksim Medvedev erkən avtoqol müəllifi olub.
 
Buraxılan qoldan sonra rəqib qapısına hücumlar edən “Qarabağ” istəyinə ikinci hissənin əvvəlində çatıb. Rəqibin kobud səhvindən yararlanan Kadi Borqes meydan sahiblərini məyus edib.
 
Təmsilçimiz iki oyunun cəmindəki üstünlüyünü matçın uzatma dəqiqələrində əldən verib. Final fitinə 2 dəqiqə qalmış buraxılan top oyunu əlavə vaxta aparıb.
 
Birinci əlavə hissənin ortalarında “Qarabağ” bərabərlik qolunu vurub. Ovusu Kvabena İsveçrədə yenidən tarazlıq yaradıb – 2:2.
 
Bu, “Qarabağ”ın yeni mövsümdə ilk heç-heçəsi olub. Səfərdə əldə olunan bərabərlik Azərbaycan çempionunu III təsnifat mərhələsinə daşıyıb. Ötən həftə Bakıda 3:2 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin növbəti rəqibi bu gün keçirilən “Ferensvaroş” – “Slovan” duelində bəlli olacaq.
 
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 2-3-də və 9-da keçiriləcək.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ” - 2:1, ə.v. 0:1
Qollar: Maksim Medvedev (öz qapısına), 4, İvan Santini, 90+5 - Kadi Borges, 56, Ovusu Kvabena, 98
"Sürix": 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu, 8. Ole Selnes, 17. Şeyk Konde
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia, 16. Mark Hornşux, 4. Beşir Omeraqiç
Baş məşqçi: Franko Foda
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3

Baxış sayı: 3694 | Tarix: 28.07.2022
Bizi Telegramda izləyin: @repostaz