Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurası (YAS) toplanıb.
 
BAKU.WS “habertürk”ə istinadən məlumat verir ki, sözügedən toplantıda ilk dəfə iştirak edən xəzinə və maliyyə naziri Nurəddin Nebati, Baş Qərargah rəisi Yaşar Gülər kimi şəxslər də var idi.
 
Şura toplantısının ardından mühüm bir neçə qərarın qəbul olunacağı gözlənilir.
 
Qeyd edək ki, səhər saat 12:30 radələrində başlayan görüş təxminən 1 saat davam edib.


Baxış sayı: 2174 | Tarix: 04.08.2022
Bizi Telegramda izləyin: @repostaz