Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.
 
RePost.Az "unikal"a istinadən xəbər verir ki, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilə qadağan edilmiş siqnaldan istifadə etdiyi üçün saxla əmri verilib. 
 
Bu zaman avtomobildən düşən şəxs Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
 
O, YPX əməkdaşına: “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?” - deyə polisi təhqir edib.
 
Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

Baxış sayı: 5803 | Tarix: 08.08.2022
Bizi Telegramda izləyin: @repostaz