İslamı qəbul edən erməni qadın Aqunik Abovyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib.
 
RePost.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb.
 
Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.
 
“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.


Baxış sayı: 2421 | Tarix: 09.08.2022
Bizi Telegramda izləyin: @repostaz