Bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb.
 
DİN-dən verilən məlumata görə, bununla bağlı nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib.
 
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.

Baxış sayı: 2402 | Tarix: 10.08.2022
Bizi Telegramda izləyin: @repostaz