Avqustun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-26°, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25°, gündüz 34-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 13-18°, gündüz 21-25° isti olacaq.

Baxış sayı: 2250 | Tarix: 11.08.2022
Bizi Telegramda izləyin: @repostaz