Türkiyənin “Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb.
 
Bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım bildirib.
 
Onun sözlərinə görə, gəmi 12,7 mm-lik “Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib.
 
ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir.
 
Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər.
 
O həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir.


Baxış sayı: 4150 | Tarix: 12.08.2022
Bizi Telegramda izləyin: @repostaz