Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
 
Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun dörd səbətə bölünüb.
 
1-ci səbət: “Real Madrid” (İspaniya), “Ayntraxt” (Frankurt, Almaniya), “Mançester Siti” (İngiltərə), “Milan” (İtaliya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland)
 
2-ci səbət: “Liverpul”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Barselona”, “Atletiko” (Madrid), “Sevilya” (hamısı İspaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya)
 
3-cü səbət: “Borussiya” (Dortmund) “Bayer” (hər ikisi Almaniya), “Zaltsburq” (Avstriya), “Şaxtyor” (Donetsk, Ukrayna), “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Benfika” “Sportinq” (hər ikisi Portuqaliya)
 
4-cü səbət: “Reyncers” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Marsel” (Fransa), “Kopenhagen” (Danimarka), “Brügge” (Belçika), “Seltik” (Şotlandiya), “Viktoriya” (Plzen, Çexiya), “Makkabi Hayfa” (İsrail)
 
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

Baxış sayı: 4625 | Tarix: 25.08.2022
Bizi Telegramda izləyin: @repostaz