Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.
 
RePost.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.
 
Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.

Baxış sayı: 3124 | Tarix: 30.08.2022
Bizi Telegramda izləyin: @repostaz