Bu ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycandan 4 450,41 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,8% azdır.
 
"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 4 878,45 mln. kubmetr qaz idxal edib.
 
Məlumata görə, iyun ayında Türkiyə Azərbaycandan 729,44 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 39,6% çoxdur.
 
Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
 
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.

Baxış sayı: 3884 | Tarix: 01.09.2022
Bizi Telegramda izləyin: @repostaz