“Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
 
RePost.Az xəbər verir ki, azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb.
 
Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
 
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - məlumatda deyilir.
 
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək"
 
Sosial şəbəkələrdə Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 4872 | Tarix: 03.09.2022
Bizi Telegramda izləyin: @repostaz