“ZƏRBƏ-BK1”
 
Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində 25 kq döyüş elementləri olan birdəfəlik aviasiya konteyneri “ZƏRBƏ-BK1” nümayiş olunur.
 
APA xəbər verir ki, məmulat kiçik kalibrli aviasiya bombalarının bir dəfədə çoxsaylı istifadəsinin təmin edilməsi üçündür.
 
“ZƏRBƏ-BK1” Hərbi Hava Qüvvələri tərəfindən böyük ərazidə yerüstü hədəfləri (canlı qüvvəni və yüngül zirehli texnikanı) sıradan çıxarmaq üçün nəzərdə tutulub.
 
"Yırtıcı"
 
Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik Mühafizə və Xilasetmə "Secures Caspian" sərgisində "Yırtıcı" yarımavtomat snayper tüfənginin nümayişi keçirilib.
 

Azərbaycan istehsalı olan 7.62x54 mm-lik snayper tüfəngi silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb.

Yeni pulemyo

Azərbaycanda 12,7 mm-lik, iriçaplı yeni pulemyot istehsal olunub.

 
Silah 2000 metrdən 3000 metrə qədər qısa və uzun qatarlarla atəş açma xüsusiyyətinə malikdir.
 
Sözügedən pulemyot əsasən düşmənin canlı qüvvəsinin və yüngül istehkamlarının dağıdılmasında tətbiq edilir.
 
Silahda 12,7 və 108 diametrli güllələrdən istifadə olunur.
 
Güllələr 3 il əvvəl hazırlanıb və daha sonra silahın yığılmasına başlanılıb.

Mina aşkarlayan robot
 
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb.
 
“İmprotex İndustries” şirkəti tərəfindən hazırlanan mina aşkarlayan robot “ADEX” sərgisində nümayiş etdirilir.
 
Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə sınaqdan keçirilib, mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.

Baxış sayı: 3466 | Tarix: 06.09.2022
Bizi Telegramda izləyin: @repostaz