Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan hissəsində təmir işlərinə start verilib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 12 sentyabr saat 20:00–dək qismən məhdudlaşdırılacaq.
 
“Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Baxış sayı: 5138 | Tarix: 07.09.2022
Bizi Telegramda izləyin: @repostaz