Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşkəs elan olunması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.
 
Tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb.
 
Lakin Ermənistan az müddət sonra razılaşmaya əməl etməyərək yenidən atəşkəsi pozmağa başlayıb.
 
Əvvəlki intensivliklə olmasa da, Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qarşı hələlik təmkin nümayiş etdirir.

Baxış sayı: 3447 | Tarix: 13.09.2022
Bizi Telegramda izləyin: @repostaz