Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.  
 
Bəyanatda deyilir:
 
- Biz bölgədə baş verənlərdən hədsiz narahatlığımızı bildiririk, tərəfləri vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və atəşkəsə ciddi riayət etməyə çağırırıq. 
 
- Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nəticəsində əldə olunan razılaşmanın tam şəkildə yerinə yetiriləcəyini gözləyirik. 
 
- Bütün mübahisəli problemlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir.

Baxış sayı: 3276 | Tarix: 13.09.2022
Bizi Telegramda izləyin: @repostaz