Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısı alınıb.
 
Bu barədə sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bildirilib.
 
Qeyd edilib ki, bütün müvafiq vəzifə və tapşırıqlar yerinə yetirilib.

Baxış sayı: 3295 | Tarix: 13.09.2022
Bizi Telegramda izləyin: @repostaz