“Ukrayna torpaqlarının əhəmiyyətli hissəsini itirə bilər”.
 
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Fides - Macarıstan Vətəndaş Birliyi” partiyasının qapalı iclasında bəyan edib.
 
“Ukraynadakı münaqişənin 2030-cu ilə qədər uzanmaq təhlükəsi mövcuddur və rəsmi Kiyev öz ərazisinin üçdə birini və ya yarısını itirə bilər. Ukraynadakı münaqişə lokal xarakter daşıyacaqdı, lakin Qərb müdaxilə edərək onu qloballaşdırdı”, - Orban deyib.
 
Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını da tənqid edib:
 
“Sanksiyaların yaratdığı enerji böhranı səbəbindən Avropa sənayesinin 40%-ə qədəri qışda dayana bilər”.

Baxış sayı: 4796 | Tarix: 18.09.2022
Bizi Telegramda izləyin: @repostaz