Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.
 
Bu barədə Ermənistan XİN-in sözçüsü "Twitter"də bildirib.
 
ABŞ tərəfinin təşəbbüsü ilə görüş bu gün baş tutacaq.
 
Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Baxış sayı: 3675 | Tarix: 19.09.2022
Bizi Telegramda izləyin: @repostaz