Erməni silahlı qüvvələrinin sentyabrın 12-də təxribatının qarşısını alarkən məhv edilən düşmən hərbçilərinin sayı 200-ü keçib.

RePost.Az xəbər verir ki, bu barədə Ermənistan təhlükəsizlik şurasının iclasında baş nazir Nikol Paşinyan deyib.  "Ölən və itkin düşənlərin sayı 207 nəfərə çatır, o cümlədən 3 mülki şəxs həlak olub, 2 mülki şəxsin yeri məlum deyil, 293 hərbçi, 3 mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb", - deyə Paşinyan qeyd edib. 


Baxış sayı: 3713 | Tarix: 19.09.2022
Bizi Telegramda izləyin: @repostaz