200-dən çox Azərbaycan ziyalısı, (onların əksəriyyəti Ermənistanda azərbaycanlıların sıx məskunlaşdığı, 1988-1989-cu illərdə oradan zorla qovulmuş rayonlardandır) müasir Ermənistan Respublikasının ərazisində Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradılması ilə bağlı bəyanat yayıb.
Göyçə-Zəngəzur Respublikası prezident üsul-idarəsi ilə idarə olunan demokratik respublikadır. Göyçə-Zəngəzur Respublikasının Milli Məclisi (parlamenti) 75 deputatdan ibarətdir. Növbəti çağırış GZR Milli Məclisinin deputatları 5 (beş) ildən sonra keçiriləcək azad, demokratik seçkilər yolu ilə seçilirlər.
Bir ay ərzində Göyçə-Zəngəzur Respublikası Milli Məclisinin ilk iclası keçiriləcək. GZR Milli Məclisinin sədri, birinci müavini, iki müavini, katibliyi, komitə və komissiyaları bu iclasda səsvermə yolu ilə müəyyən ediləcək./Caliber/

Baxış sayı: 4815 | Tarix: 19.09.2022
Bizi Telegramda izləyin: @repostaz