Ermənistan bankları "Mir" ödəniş sistemi kartlarından istifadəni dayandırıb.
 
Bu barədə məlumat Rusiya mediasında yer alıb. Məlumata görə, onların sahibləri bankomatlarda nağd pul çıxara və ya pərakəndə satış məntəqələrində ödəniş edə bilməzlər. Ermənistan Mərkəzi Bankı isə məsələni şərh edərkən bildirib ki, bankların "Mir" kartlarına xidmət göstərilməsi ilə bağlı müstəqil qərar qəbul etmək hüququ var.
 
Tənzimləyicinin bəyanatına görə, kommersiya bankları öz risklərini, o cümlədən ikinci dərəcəli sanksiyalarla bağlı riskləri müstəqil şəkildə idarə edirlər. “Dəyişikliklərlə əlaqədar olaraq, kommersiya bankları göstərdikləri xidmət şərtlərində dəyişiklik olduqda müştərilərə müəyyən edilmiş qaydada məlumat verəcəklər”, - məlumatda deyilir.
 
Xatırladaq ki, bundan əvvəl Türkiyənin “İş Bankası” və “Deniz Bank”, Qazaxıstanın “Halyk Bank”ı və Vyetnamın “BIDV” bankları tərəfindən “Mir” kartlarına xidmətin dayandırıldığı açıqlanmışdı.

Baxış sayı: 1984 | Tarix: 21.09.2022
Bizi Telegramda izləyin: @repostaz