Azərbaycan ordusunun texnikaları üzərində “Z” simvolunun olması heç bir ideoloji məna daşımır.
 
Bunu hərbu ekspert Ədalət Verdiyev bildirib. 
 
O qeyd edib ki, bölmələrin adlarının baş hərfləri texnika üzərində fərqlənmə nişanı kimi istifadə edilir. 
 
"Məlumdur ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).  
Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.  
Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq. 
Ordumuz qürurumuzdur!" 

Baxış sayı: 6620 | Tarix: 21.09.2022
Bizi Telegramda izləyin: @repostaz