Bu gün paylaşdığım statusda ABŞ-ın beyin mərkəzlərindən biri olan "The National Interest" mərkəzinin saytında yerləşdirilmiş "Armenia Must Build the Zangezur Corridor" (Ermənistan Zəngəzur dəhlizini tikməlidir” adlı geniş məqalənin xülasəsin vermişdim. Bir çox saytlar həmin statusu öz oxucuları ilə bölüşüb. Hər birinə təşəkkür edirəm. Düşünürəm ki, Zəngəzur məsələsi xüsusi diqqətə layiq məsələdir. Qərbin, xüsusən ABŞ-ın Zəngəzur dəhlizinə münasibətini dəqiq bilmək xalq olaraq bizim üçün önəmlidir.
 
Qısaca deyib keçirəm: Sözügedən məqalədə Amerikanın beyin məkəzinin dediyi odur ki, (özü də birmənalı şəkildə) Ermənistan Qarabağ atəşkəs bəyanatı (2020 10 noyabr) ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə öhdəlik götürüb. Və məqalənin adında deyildiyi kimi, Ermənistan Zəngəzur dəhlizini tikməlidir, yəni bu, mütləqdir.
 
Hər şey gözlədiyim kimi də oldu. Həmin məqaləyə Ermənistan mediası da xüsusi münasibət bildirdi. Belə ki, ingilisdilli “news.am” saytında “ Is West starting to insist on opening of so-called Zangezur corridor?“ (Qərb qondarma Zəngəzur dəhlizinin açılmasında israr etməyə başlayır?) adlı çox böyük bir məqalə gedib. Redaksiya yazısında deyilir ki, amerikalı analitik Zəngəzur dəhlizinin təcili şəkildə açılmasıda təkid edir:” Bu məqalə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda Ermənistan hakimiyyəti tərəfindən az qala uşaq həvəsi ilə qarşılanan “cəsarətli” bəyanatlarına baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı həqiqi hisslərini və istəklərini müəyyən mənada mükəmməl şəkildə əks etdirir”. Yəni erməni tərəfi etiraf edir ki, Nensi qasırğası boş şeydir. Qərb, o cümlədən ABŞ da Zəngəzur dəhlizinin açılmasında təkid edir.
 
Saytın redaksiya məqaləsində deyilir ki, Ermənistan Rusiyanın yox, məhz Qərbin dostu olduğunu sübut etmək üçün Zəngəzur dəhlizini açmalıdır…
 
Daha bundan oyana nə demək olar? Birmənalı olan odur ki, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, təbii ki, Avropa İttifaqı da bunu istəyir…
 
Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin açılması zamanın və super-güclərin hökmüdür. Və bu hökm mütləq icra olunacaq…

Baxış sayı: 4530 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz