Erməni lobbisi onları Azərbaycana qarşı hücuma səsləyir
 
Qərbdə hərbçilər tərəfindən dinc insanların kütləvi qətli ilə bağlı “Collateral Murder” adı altında tanınan məxfi materialın dünyanın gündəminə gəlməsi zəlzələ effekti yaratdı. 
 
O vaxt ABŞ Ordusunun kəşfiyyat materiallarını analiz edən Chelsea Manning həmin video-görüntüləri yaydığına görə hərbi həbsxanada yatmalı oldu. Hazırda Demokratlar Partiyasının üzvü olan bu xanıma həmin işə görə 35 il iş kəsilmişdi. Ancaq 7 il həbsdə qaldı. 
O da maraqlıdır ki, hazırda 34 yaşı olan bu xanım həmin məxfi materialları öncə “The New York Times” və “The Washington Post” qəzetlərinə təklif etmişdi. Amerikanın bu nəhəng media orqanları həmin təklifdən yayınmışdı. Belə olduqda xanım 750 min civarında olan müxtəlif məxfi materilları “WikiLeaks”ə ötürmüdü…
 
Haşiyə çıxaraq qeyd edim ki, Chelsea Manning Tükiyə tükcəsində desək “erkək”, Azərbaycan türkcəsində desək “kişi” adamdır. Niyəsini deyim. Bir il ərzində-2019-2020-ci illərdə-xanım Menning “WikiLeaks”-in qurucusu Culian Assanjı araşdıran böyük münsiflər heyəti qarşısında ifadə verməkdən imtina etdi. Münsiflərə hörmətsizliyə görə 1 həbs cəzasısından başqa 256 min dollar cərimə də olundu. 
 
O, “Reuters”-ə müsahibəsində belə demişdi: “Videonun mənim üçün ən dəhşətli tərəfi o idi ki, pilotlar qan tökməkdən həzz alırdılar. Onlar üçün insan həyatınının heç bir dəyəri yox idi. Pilotlar öldürdükləri insanları “alçaq haramzadələr” adlandırdılar və bir-birlərini daha çox sayda insan öldürmək qabiliyyətinə görə təbrik etdilər”.
 
Söhbət hansı videodan gedir? 
 
12 iyul 2007-ci ildə İraqın paytaxtı Bağdadın Əl-Əmin əl-Taniyə məhəlləsində 30 millimetrlik mərmilərlə silahlanmış ABŞ ordusunun Apaçi helikopterləri tərəfindən mülki şəxslər atəşə tutulmasını təsvir edən qaynar proses videoya alınıb. Ölənlər arasında “Reuters”-in fotoqrafı Namir Noor-Eldeen və onun köməkçisi Səid Çmaq da var. “WikiLeaks” hadisə nəticəsində 25 nəfərin öldüyünü bildirib.
 
Düşünün, amerikalı pilotlar Apaçi helikopterindən dinc insanları atəşə tutub, özü də heç bir səbəb olmadan, yəni kef üçün xeyli adam öldürülüb, onlarla adam yaralanıb. İlkin hücumdan sonra helikopterlər yaralıları xilas etmək üçün hadisə yerinə can atan yerli insanları yenidən atəşə tutublar. ABŞ tankı isə bir cəsədin üzərindən keçərək onu yarıya bölüb. Culian Assanjı həmin video yayıldıqdan bir neçə gün sonra “Əl-Cəzirə”yə verdiyi müsahibədə tankın “Reuters”in foto-müxbiri Namir Noor-Eldeen-ın cəsədini iki yerə böldüyünü bildirib...
 
Onu da xatırladım ki, bu videodan daha əvvəl-2004-cü ilin aprelində “CBS News” İraqın Əbu-Qreyb (Abu Ghraib) həbsxanasında Amerika hərbçilərinin dustaqlara qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən fotolar yayımladı. Oxşar vəhşilikləri Amerika hərbçilər Quananamo (Guantanamo Bay) və Əfqanıstanda da törədib...
 
İnternetdə dediyim materialların hamısı var. Maraqlananlar o dəhşətli kadrlara və fotolara baxa bilər...
 
 Yeri gəlmişkən, həmin məxfi materilların ortaya çıxmasında Culian Assanjı-n möhtəşəm xidmətləri var. Amerika hərbi maşınının törətdiyi azğınlıqları kəskin şəkildə ortaya qoyduğuna görə Culian Assanjı hazırda həbsdədir. Üstəlik, ABŞ onun əlindən zəncir çeynəyir…
 
Bunları niyə xatırladıram? Deməli, sentyabrın 13-dən 15-dək davam edən məlum silahlı münaqişə zamanı azərbaycanlı əsgər erməni hərbçisini qətlə yetirməsini videoya alıb, fotosunu çəkib. “WhatsApp” vasitəsilə fotonu həyat yoldaşına göndərib, daha sonra isə videonu və fotonu “WhatsApp”ın "story” bölümünə yerləşdirib. Azərbaycanlı əsgərlərin yaydığı başqa bir videoda qrup halında öldürülən digər erməni hərbçiləri də yer alır.
 
Təbii ki, Ermənistan tərəfi bu kimi video və foto materialları Azərbaycanı ittiham etmək üçün istifadə edəcək. Təəssüf ki, nə ictimaiyyət, nə də Müdafiə Nazirliyi hərbçilərimizi başa sala bilmir ki, bu kimi şeyləri videoya çəkib paylaşmaq düşmənə dəstək vermək kimi bir şeydir. 
Erməni tərəfi artıq həmin materiallrı beynəlxalq təşkilatlara göndərib. Təbii ki, Azərbaycan tərəfi həmin təşkilatlardan təşəkkür məktubu almayacağıq. 
 
Ən eybəcəri isə odur ki, bu məsələ artıq erməni lobbisinin maliyyə dəstəyi ilə bəslənən ABŞ konqresmenləri tərəfindən dönə-dönə vurğulanır. Bu qədər hərbi cinayətlər törətmiş bir ölkənin konqresmenlərinin Azəebaycanı hərbi cinayətlərdə ittiham etməsi acı gülüş doğurur. Xirtdəyə qədər zibilin içində olanın başqasında eyib axtarması absurd deyimi? 
 
Əlbəttə, mən 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində  qəbul olunmuş Cenevrə konvensiyalarına həm Azərbaycan, həm də Ermənistan tərəfindən əməl olunmasının tərəfdarıyam. Təəssüf ki, reallıqda bu kimi qeyri-insani əməllər bu və ya digər formada üzə çıxır. O da məlumdur ki, Ermənistan əsgərlərinə aid oxşar videolar da İnternetdə dolaşmaqdadır. Həm video-materillarda ermənilər azərbaycanlı əsgərlərlə divan tuturlar. 
 
Mən o fikirdəyəm ki, biz qarşı tərəfə, yəni həm Ermənistana, həm də Ermənistanın himayəsində olan dövlətlərə Azərbaycanı ittiham etmək üçün heç bir əsas verməməliyik. Bu kimi şeylər Azərbaycan üçün beynəlxalq arenada əlavə problemlər yaradır...
 
Təbii ki, amerikalıların özlərini dünyanın ağası kimi aparması və bu düşüncə ilə də hakim rolunda çıxış etməsi yolverilməzdir.  O da faktdır ki, rəsmi Vaşiqtonun bu kimi davranışları haqlı olaraq bütün dünyada etirazl qarşılanır. Azərbaycan olaraq biz də bu eybəcərliyə etiraz etməliyik...

Baxış sayı: 3029 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz