“Azərbaycan 30 ildən bəri işğal altında olan torpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”.
 
Bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
 
Nazir deyib ki, torpaqların bərpa edilməsi, öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərinə dönməsi böyük bir məmnuniyyət duyğusu yaşadır: “Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra da iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını da görürük. Hər zaman dediyim kimi, Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola, tək ürək, tək bilək olaraq çalışmalarını davam etdirir. Bundan sonra da gələcək həm təhlükəsizlik, həm də rifah baxımından çox daha yaxşı olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin öndərliyi bizlər üçün əsasdır”.

Hindistanın Ermənistana silıah satmasına gəlincə, Hülusi Akar qeyd edib ki, onların nə etdiyi o qədər də ön\əmli deyil. Azərbaycan və Türkiyə torpqalarını hər cür silahdan qorumağa hazırdır. 
 
“Onların nə etdiyi bizi əlaqələndirmir. Biz Vətən torpağını müdafiə etmək üçün “Ölsək şəhid, qalsaq qazi” düşüncəsi ilə çalışırıq. Azərbaycan Ordusu da, Türkiyə Silahlı Qüvvələrinin mənsubları da bu düşüncələrlə çalışırlar. Nə edirlər etsinlər. Biz hər cür silaha qarşı Vətənimizi, millətimizi, torpaqlarımızı qorumağa hazırıq”, - nazir qeyd edib.

Baxış sayı: 3751 | Tarix: 20.10.2022
Bizi Telegramda izləyin: @repostaz