Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası”nın Ermənistana göndərməsi məsələsinə münasibət bildirib.
 
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada konsensus olmalıdır.
 
“Azərbaycanın qərarı olmadan, Azərbaycandan razılıq alınmadan belə qərar verilməsi ATƏT-in iş prinsiplərinə ziddir. Belə gözlənilmədən qərarlardan imtina edilməlidir. Bunu şəxsi qərar olaraq görürük. Bu, ATƏT-in missiyası deyil. Çünki ATƏT-də qərar qəbuletmə yolları və mexanizmləri bəllidir. Belə qərarlarla bu iş həll edilə bilməz. Yəni davamlı sülh istəyiriksə, burada səmimi addımlar və beynəlxalq təşkilatların da səmimi dəstəkləri olmalıdır. Tək tərəfli addımlarla olmaz”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Baxış sayı: 6259 | Tarix: 20.10.2022
Bizi Telegramda izləyin: @repostaz