Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
 
Bu barədə Türkiyə səfiri Cahit Bağçı "Twitter"də bildirib.
 
“Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - səfir əlavə edib.
 
Qeyd edək ki, qəzaya səbəb Binəli Yıldırımın olduğu avtomobilin ön təkərinin partlamasının səbəb olduğu bildirilir.

Baxış sayı: 4492 | Tarix: 21.10.2022
Bizi Telegramda izləyin: @repostaz